RU

Tanzaniyalı futbolçu Azərbaycan klubuna keçib

Bakı, 16 yanvar, AZƏRTAC

“Şamaxı” qış fasiləsində növbəti transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, bölgə təmsilçisi yarımmüdafiəçi Alfons Msanqa Mabulanı heyətinə qatıb.

Tanzaniyalı oyunçu ilə il yarımlıq (6 ay + 1 il) müqavilə imzalanıb.

Qeyd edək ki, 21 yaşlı futbolçu Serbiyanın “Spartak” (Subotitsa) klubuna məxsus olub, son olaraq icarə əsasında həmin ölkənin “Novi Sad” klubunda çıxış edib.

Избранный
7
azertag.az

1Источники