Maraqla gözlənilən “Səs Azərbaycan” layihəsinin yayım tarixi müəyyənləşib.
OLAY-ın əldə etdiyi məlumata görə, proqram gələn ay təqdim olunacaq. Belə ki, 9 fevralda yarışmanın bu sezon üçün ilk bölümü yayımlanacaq.
Qeyd edək ki, layihənin builki jüriləri Xalq artistləri Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Avroviziya qalibimiz Eldar Qasımov və müğənni-bəstəkar Murad Arifdir.