RU

ABŞ-la bağlanmış saziş: İrəvanda nə düşünürlər?

Xəbər verildiyi kimi, iki gün öncə Ermənistan ABŞ-la strateji müttəfiqliyə dair xartiya imzalayıb. Tribunainfo.az xəbər verir ki, bu hadisə İrəvandakı siyasi dairlər tərəfindən birmənalı qarşılanmayıb.

Məsələ belədir ki, müxalifət xartiyanın imzalanmasına etiraz etsə də, baş nazir Paşinyanı dəstəkləyən qüvvələr də birmənalı yanaşmırlar. Deputat Suren Sarkisyan deyir ki, Ermənistanı aktiv şəkildə dəstəkləyən İranla razılaşdırılıb: “Bu sənəd İranla razılaşdırılıb. Bu barədə Xamineyinin müşaviri məlumatlandırlıb. Onlar prinsipcə etiraz etməyiblər”.

Maraqlıdır ki, hər addımımızda “qüsur” axtaran İran Ermənistanın bu hərəkətinə, xüsusən də sərhəddinə ABŞ hərbçilərinin gətirilməsinə ciddi reaksiya verməyib. Hərçənd bizi NATO ölkələri (Türkiyə nəzərədə tutulur-red.) ilə əməkdaşlıqda “ittiham” edən molla rejimi, İrəvana güldən ağır söz belə deməyib. Yalnız SEPAH-a bağlı “Təsnim” Agentliyində yazı dərc olunub ki, orada da Ermənistanın ABŞ-la müqavilə bağlamasını “perspektivi yoxdur” deməklə kifayətləniblər.

Politoloq Arman Qriqoryan isə hesab edir ki, məsələ çox şişirdilib. Onun sözlərinə gör, bu sənəd tarixi deyil və tarixi əhəmiyyət də daşımır.

Paşinyanın qatı müxalifi olan, habelə Rusiya ilə çox yaxın münasibətlərə malik “Ana Ermənistan” Hərəkatının rəhbəri Andranik Tevanyan açıq şəkildə qeyd edir ki, bu, Rusiyaya xəyanətdir. “ABŞ-la imzalanmış sənəd Ermənistanı region dövlətlərinin hədəfinə çevirəcək”.

Müxalif “Haystan” İttifaqı da təxminən eyni fikirdədir. Onlar hesab edirlər ki, ABŞ-la imzalanmış sənəd mahiyyət etibarı ilə Ermənistanı Ukraynalaşdırmaqdır. Onlar hətta Qərbin Ermənistan üzərindən Rusiyaya qarşı ikinci cəbhə açmaq istədiklərini də vurğulayırlar.

Qeyd edək ki, Ermənistanın müdafiə naziri Suren Papikyan da məsələyə münasibət bildirib. O deyib ki, sənəddə ABŞ qoşunlarının Ermənistana gətirilməsi və ya sərhəddə yerləşdirilməsindən söhbət getmir. “Söhbət lojistik dəstəkdən gedir”.

Избранный
8
tribunainfo.az

1Источники