RU

Xanım nazir Azərbaycana ilk səfərini edəcək

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Azərbaycana ilk rəsmi səfərini edəcək.   Manset.az xəbər verir ki, Boçorişvili Bakıya 2 günlük səfəri çərçivəsində XİN rəhbəri Ceyhun Bayramovla həm təkbətək, həm də geniş tərkibdə görüş keçirəcək. Gürcü nazir iki ölkə arasında iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiyanın 10-cu iclasında iştirak edəcək.

Qeyd edək ki, M.Boçorişvili 2024-cü ilin noyabrından Gürcüstanın XİN rəhbəridir.

Избранный
2
10
manset.az

10Источники