RU

CAR-da 78 mədənçinin cəsədi çıxarılıb

Cənubi Afrika Respublikasının Stilfontein mədənindən 78 mədənçinin cəsədi çıxarılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Cənubi Afrika Polis Xidməti (SAPS) məlumat yayıb.

Bildirilib ki, Stilfontein mədənində xilasetmə tədbirləri nəticəsində 216 mədənçinin həyatı xilas edilib.

Şaxtada köməksiz vəziyyətdə qalan mədənçilərin aclıqdan ölən dostlarının cəsədlərini yedikləri iddia edildikdən sonra insan hüquqları təşkilatları Konstitusiya Məhkəməsinə müraciət edilib.

Konstitusiya Məhkəməsinin qərarından sonra hökumət yanvarın 13-dən xilasetmə əməliyyatına başlayıb.

Polis 2024-cü ilin noyabr ayından etibarən fəaliyyəti dayandırılan mədəndə qanunsuz olaraq işlədilənmədənçilərin su və qida təchizatını kəsib.

Müqavimət göstərən yüzlərlə mədənçi yerin altında ac və susuz qalıb.

Rəsmi məlumatlara görə, 15 yanvar tarixinədək 1806 mədənçi Stilfonteini tərk edib.

Polis bu şəxslərdən 21-nin Cənubi Afrika vətəndaşı, qalanlarının isə Mozambik vətəndaşı olduğunu bildirib.

Şəbnəm Mehdizadə

Избранный
6
e-huquq.az

1Источники