“İnsanın ölüsünə də, dirisinə də hörmət edək”.
Yenicag.az xəbər verir ki, bu sözləri aparıcı Mətanət Əliverdiyeva deyib.
Dünən doğum günündə dünyasını dəyişən aktrisa Çimnaz Sultanovanın ölümünü lağlağıya çevirən insanlara səslənib:
“Bir gün dünyaya gəlirik, bir gün gedirik. Səmimi bir xanım idi, öz fikirlərinə görə top atəşinə tutulurdu. Müxtəlif şəkillər paylaşırdı. Öz həyatını yaşayan bir xanım idi. Hamıdan rica edirəm, ağzınıza gələni yazmayın, o haqq dünyasındadır, biz nahaq dünyada. Hələ bilmirik ki, biz necə dünyamızı dəyişəcəyik. Biz, yəni ümumi hamını deyirəm. İnsanın ölüsünə də, dirisinə də hörmət edək. Artıq heç bir şey yazmayın. Elə Allah rəhmət eləsin yazın, sizin çiyninizə yazılacaq”.
Nehru