RU

Çin hakerləri ABŞ Maliyyə Nazirliyinə hücum edib

Çindən olan hakerlər ABŞ Maliyyə Nazirinin sənədlərinə giriş əldə ediblər...

Çinli hakerlər maliyyə naziri Canet Yellen də daxil olmaqla ABŞ rəsmilərinin 3000-dən çox sənədinə giriş əldə ediblər.

Poliqon xəbər verir ki, bu barədə mənbəyə istinadən “Politico” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, hakerlər nazirlik rəsmilərinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarının 2024-cü ildə sənədlərinə giriş əldə ediblər. Politico qeyd edir ki, hakerlər ABŞ-ın maliyyə naziri Canet Yellen və onun müavinləri Uolli Adeyemo və Bredli Smitin məlumatlarını əldə ediblər.

Kiberhücum ABŞ Maliyyə Nazirliyinin 419 kompüterinə təsir göstərsə də, ancaq məxfi olmayan məlumatlar əldə edilib. Hücuma üçüncü tərəf xidmətlərindən istifadə səbəb olub.

Poliqon.info

Избранный
4
poliqon.info

1Источники