RU

Qarabağ və Şərqi Zəngəzurdakı yol layihələri barədə məlumat açıqlanıb

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında icra olunan yol infrastrukturu layihələrinə dair məlumat açıqlayıb.

"Report" agentliyə istinadən xəbər verir ki, hazırda "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı”, həmçinin Prezident İlham Əliyevin imzaladığı sərəncamlar əsassında, işğaldan azad olunmuş ərazilərdə yol infrastrukturun bərpası məqsədilə ümumi uzunluğu 3 382,6 km təşkil edən 45 avtomobil yolunun layihələndirilməsi və tikintisi işləri davam etdirilir.

İndiyə qədər sözügedən layihələrdən ümumi uzunluğu 315,9 km təşkil edən 7 avtomobil yolunun tam, 1 layihənin tikintisi qismən (39,7 km-lik Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 24.2 km-lik hissəsi) yekunlaşdırılıb:

1. Tərtər-Suqovuşan-Talış avtomobil yolu - 28,5 km;
2. “Zəfər Yolu” - 101 km;
3. Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolu - 22 km;
4. Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyası avtomobil yolu - 22 km;
5. Bərdə-Ağdam avtomobil yolu - 44,5 km;
6. Füzuli-Hadrut avtomobil yolu - 12,3 km;
7. Hacıqabul-Bəhramtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolunun 173,6-235 km-lik hissəsi - 61,4 km.

Tikintisi davam edən layihələrin 2025-2026-cı illərdə başa çatdırılması nəzərdə tutulub:

1. Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu - 81,7 km, 4 hərəkət zolaqlı;
2. Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu - 39,7 km, 4 hərəkət zolaqlı;
3. Xudafərin-Qubadlı-Laçın avtomobil yolu - 70,4 km, 4 hərəkət zolaqlı;
4. Toğana-Kəlbəcər-İstisu avtomobil yolu - 81,8 km, 2-4 hərəkət zolaqlı;
5. Kəlbəcər-Laçın avtomobil yolu - 75,6 km, 2-4 hərəkət zolaqlı;
6. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu - 123,6 km, 4-6 hərəkət zolaqlı;
7. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd (112 km) - İranla dövlət sərhədi avtomobil yolunun (7,7 km) və Araz çayı üzərində avtomobil körpülərinin tikintisi;
8. Ağdam-Füzuli avtomobil yolu - 65,7km, 4 hərəkət zolaqlı;
9. R-33, Ağdam-Hindarx-Ağcabədi avtomobil yolu - 44,8 km, 2 hərəkət zolaqlı;
10. Qubadlı-Eyvazlı avtomobil yolu - 28,5 km, 2 hərəkət zolaqlı;
11. Qubadlı-Mahmudlu-Yazdüzü-Ermənistan sərhədi avtomobil yolu - 22,3 km, 2 hərəkət zolaqlı;
12. Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 33-cü km-dən başlayan yeni Qubadlı-Laçın avtomobil yolu – 25.2 km;
13. Hadrut-Tuğ-Azıx avtomobil yolu - 19 km, 2 hərəkət zolaqlı;
14. Kəlbəcər və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları -1274,6 km, 2 hərəkət zolaqlı;
15. Zəngilan, Qubadlı və Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yolları – 297 km;
16. Laçın rayonunda hava limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işləri.

Dövlət Proqramına uyğun olaraq, 8 şəhərin daxili yollarının tikintisi işləri də icra olunur:

1. Şuşa şəhərinin daxili yollarının tikintisi (52 km, I mərhələ 15,8 km);
2. Ağdam şəhərinin daxili yollarının tikintisi (189,7 km, I mərhələ 58,7 km);
3. Qubadlı şəhərinin daxili yollarının tikintisi (74 km, I mərhələ 24 km);
4. Zəngilan şəhərinin daxili yollarının tikintisi (32 km, I mərhələ 15,8 km):
5. Kəlbəcər şəhərinin daxili yollarının tikinti (26,5 km, I mərhələ 18,9 km);
6. Cəbrayıl şəhərinin daxili yollarının tikintisi (44,5 km, I mərhələ-24 km);
7. Füzuli şəhərinin daxili yollarının tikintisi ( 84,7 km, I mərhələ 18,5 km);
8. Laçın şəhərinin daxili yollarının tikintisi və bərpası – ( 80 km, I mərhələ 55.8 km)

Bundan əlavə, dövlət başçısının sərəncamına əsasən 8 kəndə gedən avtomobil yollarının və 6 rayonlararası avtomobil yollarının tikintisi işləri də aparılır:

1. Cəbrayıl rayonu, Horovlu kəndinə gedən avtomobil yolu (2,8 km, 2 hərəkət zolaqlı);
2. Ağdam rayonu, Kəngərli kəndinə gedən avtomobil yolu (3 km, 2 hərəkət zolaqlı);
3. Qubadlı rayonu, Mahruzlu kəndinə gedən avtomobil yolu(0,3 km, 2 hərəkət zolaqlı);
4. Qubadlı rayonu, Zilanlı kəndinə gedən avtomobil yolu (0,2 km, 2 hərəkət zolaqlı);
5. Zəngilan rayonu, Cahangirbəyli kəndinə gedən avtomobil yolu (0,5 km, 2 hərəkət zolaqlı);
6. Xocalı rayonu, Malıbəyli kəndinə gedən avtomobil yolu (1 km, 2 hərəkət zolaqlı);
7. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolunun 24-cü km-dən ayrılan Umudlu kəndinə gedən avtomobil yolu (10,2 km, 2 hərəkət zolaqlı);
8. M-6(197 km)-Şəfəq stansiyası avtomobil yolu (11,5 km, 2 hərəkət zolaqlı, qırmadaş örtüklü, layihələndirmə işləri həyata keçirilir)

9. Suqovuşan-Sərsəng su anbarı-Qozlukörpü-Kəlbəcər avtomobil yolu – 77,6 km;
10. Xankəndi-Şuşa-Laçın avtomobil yolu – 32,6 km;
11. Suqovuşan-Kəlbəcər (9 km) Ağdərə-Ağdam avtomobil yolu – 33,8 km;
12. Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolu (24 km hissəsi I texniki dərəcəli) – 34 km;
13. Bərdə-Ağdam (40km)-Əsgəran avtomobil yolu – 20,6 km;
14. Tərtər-Ağdərə avtomobil yolu – 24.2 km.

İşğaldan azad edilmiş ərazilərdə icra olunan avtomobil yolları üzərində tikilən tunellərin ümumi uzunluğu 70,8 km (45 tunel), körpülərin ümumi uzunluğu- 9581,6 m (447 körpü), viadukların ümumi uzunluğu 3871 m (16 viaduk) təşkil edir.

İndiyə qədər uzunluğu 59,6 km təşkil edən 28 tunelin, uzunluğu 8339,1 metr təşkil edən 392 körpünün və uzunluğu 1695 metr olan 9 viadukun tikintisi başa çatıb.

Избранный
4
33
report.az

10Источники