Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Azərbaycanın NATO-dakı Nümayəndəliyində olub.
APA xəbər verir ki, bu barədə Nümayəndəliyin “X” hesabında paylaşım edilib.
Kərim Vəliyev NATO-nun Hərbi Komitəsinin Baş Qərargah rəislərinin sessiyasında iştirak edəcək.