RU

“Ermənistan-ABŞ strateji tərəfdaşlığı çətin geosiyasi vəziyyətdən çıxmaq üçün vacibdir” - Mirzoyan

“Ermənistan və ABŞ arasında imzalanmış Strateji Tərəfdaşlıq sazişi iki ölkə arasında münasibətlərin dərinləşməsinin sübutu və ümumi nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi olacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan özünün “X” sosial media hesabında yazıb.

“Ermənistan-Amerika münasibətləri o həddə çatıb ki, onların strateji tərəfdaşlığa çevrilməsi nəinki məqsədəuyğundur, həm də çətin geosiyasi vəziyyətdən çıxmaq üçün lazımdır”, - deyə siyasətçi vurğulayıb.

Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar. 

 

Daşqın HəsənovMissiya.Az

Избранный
3
missiya.az

1Источники