RU

Keçən il Azərbaycanda iqtisadi artım 4.1% olub

Azərbaycanda 2024-cü ildə 126.3 milyard manatlıq (74.29 mlrd. ABŞ dolları) ümumi daxili məhsul istehsal olunub.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu da əvvəlki illə müqayisədə 4.1 faiz çoxdur. Beləliklə, son iki ayda iqtisadi artım sabit qalıb.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.3 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artmışdır.

ÜDM istehsalının 35.9 faizi sənaye, 10.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.7 faizi tikinti, 5.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.9 faizi informasiya və rabitə sahələrinin, 19.9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 12 382.5 manata (7 283.82 ABŞ dolları) bərabər olmuşdur.

Избранный
2
2
banker.az

3Источники