RU

“Met-Ak” və “Bashak” şirkətləri üz-üzə – Məhkəmə

Kirəmit istehsalçısı “Bashak Supply” MMC (“Başak Group”) məhkəməyə verilib.

Tribunainfo.az xəbər verir ki, şirkətlə bağlı iddianı inşaat materialları istehsalçısı “Met-Ak” MMC qaldırıb. İşin mahiyyəti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İki böyük tikinti materialları şirkəti alqı-satqı müqaviləsi üzrə mübahisə yaşayır.
“Bashak Supply” MMC ilə bağlı işə 14 fevral tarixində Bakı İnzibati Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, məhkəməyə verilən “Bashak” MMC-nin direktoru Sarvan Aslanov, təsisçi və direktoru isə Kənan Həsənlidir.
İddiaçı tərəf olan “Met-Ak” şirkətinin direktoru və təsisçisi isə Aydın Kərimovdur. Aydın Kərimov məşhur iş adamı Alik Kərimovun oğludur.

Tərəfləri dinləməyə hazırıq.

Gülşən

Избранный
8
tribunainfo.az

1Источники