2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2023-cü ilin eyni dövrünə nisbətən 8 % artaraq 996,8 manat təşkil edib.
Dövlət Statistika Komitəsi xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
2024-cü il dekabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 775,3 min nəfər olub, onlardan 884,4 min nəfəri iqtisadiyyatın dövlət, 890,9 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.