RU

İranəsilli rejissor Fransanın “Fəxri Legion Kavaleri” ordenindən imtina edib

İranəsilli fransalı rejissor Mərcanə Satrapi (Marjane Satrapi) Fransanın “Fəxri Legion Kavaleri” ordenindən imtina etdiyini açıqlayıb.

“Report” xəbər verir ki, o, bununla bağlı Fransanın mədəniyyət nazirinə məktub da ünvanlayıb.

M.Satrapi məktubunda prinsiplərini qeyd edərək Fransanın İrana qarşı riyakar yanaşmasına görməzdən gələ bilmədiyini yazıb.

Daha sonra sənətçi sosial media hesabında videomüraciət edərək Fransanın viza siyasətinə etirazını bildirib:

“İran xanımları, ələlxüsus da azadlığa can atan ölkə gəncləri ilə həmrəyliyimi ifadə edirəm. Bir müddətdir ki, Fransanın İranla bağlı siyasətini, həqiqətən də, anlamıram. Azadlığı olmayan gənc iranlılar, sənətçilər Fransadan turist vizası belə ala bilmirlər. Halbuki İran oliqarxları Paris və Saint-Tropezdə istirahət edirlər və bu onlar üçün heç bir problem yaratmır”.

M.Satrapi həmçinin qeyd edib ki, iranlıların ünsiyyətə deyil, konkret tədbirlərə ehtiyacı var.

Rejissor vurğulayıb ki, mükafatdan imtina heç bir halda Fransaya qarşı hərəkət və ya düşüncə deyil:

“Əksinə, mən bu ölkəni dərin məhəbbətlə sevirəm və istəyirəm ki, Fransa öz prinsiplərinə sadiq qalsın. Mən də azadlıq müdafiəçilərinin hamısı mənimlə birlikdə təltif olunanda razılaşacağam”.

Qeyd edək ki, M.Satrapi məşhur “Persepolis” cizgi filminin müəllifidir. Cizgi filmi çoxsaylı mükafata layiq görülüb, hətta ən yaxşı cizgi filmi nominasiyasında Oskar mükafatı namizədi olub. “Fəxri Legion Kavaleri” mükafatı ona yanvar ayında təqdim olunmalıydı.

Избранный
2
report.az

1Источники