RU

Braziliyalı qapıçı penaltini qaytararkən öldü -Video

Braziliyada Gənclər Liqasının oyunu zamanı bədbəxt hadisə baş verib.

“Qafqazinfo” “Daily mail” nəşrinə istinadən xəbər verir ki, 16 yaşlı qapıçı Edson Qama penalti zərbəsini dəf edərkən həyatını itirib.  

Belə ki, o, sinəsinə top dəydikdən sonra yerə yıxılıb.

Futbolçu dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. 

Həkimlər onun ölümünə aldığı travmanın səbəb olduğunu bildiriblər: “Bu, sinə nahiyəsində bir travmadır, ürəyin dayanmasına səbəb ola bilər. Dünya üzrə hər 100.000 idmançıdan birində təsadüf edir”.

Sözügedən görüntüləri təqdim edirik: 



Избранный
4
2
qafqazinfo.az

3Источники