RU

Azərbaycanda orta aylıq əməkhaqqı 8% artıb

Bakı. Trend:

Ötən ilin dekabrın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatındamuzdla çalışan işçilərin sayı 1775,3 min nəfər olub, onlardan 884,4min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 890,9 min nəfəri isəqeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Bu barədə Trend Dövlət Statistika Komitəsinə istinadən xəbərverir.

Məlumata görə, muzdla işləyənlərin 18,5 faizi ticarət; nəqliyyatvasitələrinin təmiri, 18,5 faizi təhsil, 12,9 faizi sənaye, 8,5faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,7 faizitikinti, 6,4 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat,4,2 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,9 faizi peşə, elmi vətexniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı vəbalıqçılıq, 2,2 faizi maliyyə və sığorta fəaliyyəti, 15,0 faizi isəiqtisadiyyatın digər sahələrində məşğul olublar.

2024-cü ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatındamuzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilinmüvafiq dövrünə nisbətən 8,0 faiz artaraq 996,8 manat təşkil edib.İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığortafəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə,eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıqnominal əməkhaqqı daha yüksək olub.

Избранный
1
43
az.trend.az

10Источники