Fransa və Britaniya müharibə bitdikdən sonra Ukraynaya qoşun yeritməyi müzakirə edirlər.
İnterpress.az xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti məlumat yayıb.
Bildirilir ki, Fransa prezidenti Makron və Britaniyanın baş naziri keçən həftə müharibəyə son qoymaq üçün potensial razılaşmadan sonra Fransa və Britaniya qoşunlarının Ukraynaya sülhməramlı qüvvə kimi göndərilməsini müzakirə ediblər.
London və Parisdəki rəsmilər danışıqların təfərrüatlarını gizli saxlayır. Lakin Britaniyadakı mənbələr Starmerin hələ də bu təşəbbüsə sadiq qalmadığını deyir. Makron isə Ukraynaya qoşun göndərilməsini dəstəkləyir.
ABŞ-nin irəli sürdüyü bir fikir ondan ibarətdir ki, Qərb əsgərləri Ukraynada cəbhə xətti dondurulduqdan sonra 1300 km-lik demilitarizasiya zonasına yerləşdirilə bilər.
Xuraman Etibarlı
İnterpress.az