RU

Naxçıvanda məhkəmə təcrübəsinin tətbiqi müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin təşkilatçılığı ilə formalaşmış yeni məhkəmə təcrübəsi ilə bağlı Naxçıvan Şəhər Məhkəməsində qarşılıqlı fikir mübadiləsi həyata keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin kollegiya sədri və bir neçə hakiminin, muxtar respublikada fəaliyyət göstərən rayon (şəhər) məhkəmələrinin sədr və hakimlərinin həmçinin vəkillərin iştirakı ilə baş tutan müzakirədə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr tarixli Qərarı və 6 dekabr tarixli Qərardadı ilə tənzimlənən hüquq mübahisələri üzrə məhkəmələrə müraciət və işlərə məhkəmələrdə baxılması zamanı diqqət edilməli olan məqamlarla bağlı geniş müzakirələr həyata keçirilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr tarixli Qərarı ilə Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi, 6 dekabr tarixli Qərardadı ilə isə paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə mübahisəli məqamlara aydınlıq gətirilib, işlərə tətbiq olunmalı olan maddi və prosessual normaların tətbiqi ilə bağlı vahid təcrübə formalaşdırılıb.

Səbuhi HƏSƏNOV

XQ-nin bölgə müxbiri

Избранный
3
xalqqazeti.az

1Источники