RU

Borc verənlərə XƏBƏRDARLIQ – Pulunuzun batmaması üçün bunu edin

Bu gün borc alıb-borc verən kifayət qədər insan var. Bəzən verilən borc vaxtında qaytarılmır, yaxud borc alan şəxs, ümumiyyətlə, aldığı məbləği qaytmarmaqdan imtina edir. Adətən, belə hallarda tərəflər arasında borc müqaviləsi yazılmır.

KONKRET.az xəbər verir ki, mövzu ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Əkrəm Həsənov bildirib ki, əksər hallarda notariuslar bu tip müqavilələri bağlamaqdan imtina edir:

“Çünki notariusda təsdiqləmə halında həmin məbləğ notariusun bank hesabı vasitəsi ilə verilməlidir. Qanuna görə borcun etirafı mümkündür, amma təcrübədə notariuslar belə əqdləri təsdiqləmir. Amma bu, qanunsuz addımdır, notariuslar bunu etməlidir”.

Hüquqşünasın fikrincə, qarşılıqlı borc öhdəliyini tərəflər özləri də hazırlaya bilər:

“Əslində, notariusa da ehtiyac yoxdur. Tərəflər öz aralarında belə bir müqavilə hazırlayıb, qarşılıqlı öhdəlikləri qeyd edib, imzaları ilə təsdiqləyə bilərlər. Bir, yaxud bir neçə şahid kifayət edir. Eyni zamanda, video çəkiliş də ola bilər. Əgər borc götürən şəxs məbləği qaytarmazsa, məhkəməyə müraciət etmək olar. Məhkəmə də qərar çıxarır ki, həmin şəxs bu məbləği ödəməlidir. Lakin borc götürən şəxsin hansısa maaşı, gəlir yeri və yaxud əmlakı yoxdursa, çox zaman bunu ödəyə bilmir”.

Избранный
5
5
konkret.az

6Источники