RU

İanə və izləyici yığmaq üçün körpəsini ZƏHƏRLƏDİ - DƏHŞƏT

Avstraliya polisi körpəsini qəsdən zəhərlədiyi üçün 34 yaşlı qadını həbs etdiklərini açıqlayıb. 

News24.az xəbər verir ki, özü üçün sosial media hesabları açan qadın 2024-cü il avqustun 6-dan oktyabrın 15-dək çoxlu sayda dərman verərək körpəsini xəstələndirib.

“Xəstə körpəsini” sosial media hesablarında paylaşaraq, xeyirxah insanların şəfqətindən istifadə edən qadın, onlayn ianə saytında da ianə kampaniyasına başlayıb. Əzab çəkən körpənin görüntülərini və fotolarını paylaşan qadın təkcə ianədən 37 min dollardan çox pul toplayıb.

Körpənin vəziyyəti pisləşəndə qadın onu xəstəxanaya yerləşdirib və uşaq çarpayısında çəkilən videoları paylaşmağa davam edib. O, həkimlərin və tibb bacılarının sayıqlığı sayəsində yaxalanıb. Brisben xəstəxanasında körpəni müalicə edən tibb işçiləri körpədə reseptlə yazılan dərmanların izlərini aşkar ediblər.

Səhiyyə işçiləri körpənin anası tərəfindən zərər görməsi ilə bağlı şübhəsini oktyabrın 15-də polisə bildiriblər və aparılan analizlər nəticəsində yanvarın 7-də körpəyə verilən dərmanlar aşkarlanıb. 

Polis bu gün fenomen ananı “qəsdən zərər vurma, təhlükəli maddələrlə cinayət törətmə, işgəncə və uşaqlara qarşı zorakılıq və dələduzluq” ittihamı ilə saxlayıb.


Məryəm İlhamqızı

Избранный
2
news24.az

1Источники