RU

Cənubi Koreya prezidenti gecəni təcridxana kamerasında keçirib

Yanvarın 16-na keçən gecə Koreya Respublikasının Prezidenti Yun Sok Yol həbs müddətinin uzadılması ilə bağlı qərar gözləyən şübhəlilər üçün nəzərdə tutulan 10 metrlik kameraya salınıb.

AZƏRTAC xəbər verir ki, MBC telekanalının məlumatına görə, Yun Sok Yol yanvarın 15-də axşam saatlarında Seul təcridxanasına aparılıb və orada digər məhbuslardan ayrı saxlanılıb.

Prezidentin həbsi 48 saatlıq müddətə nəzərdə tutulub. Bundan sonra həbs müddətinin uzadılması üçün məhkəmədən yeni order alınmalıdır.

Qeyd edək ki, Koreya Respublikası tarixində dövlət başçısı postunu tutan şəxs ilk dəfədir həbs olunur. Lakin Konstitusiya Məhkəməsi impiçment işi üzrə qərar çıxanadək Yon Sok Yolun səlahiyyətləri dayandırılmış hesab edilir.

Избранный
3
3
xalqqazeti.az

4Источники