RU

O qüvvə mənə deyir ki, tik onların ağızların! - Elza Seyidcahanla müsahibədən ANONS

Tanınmış bəstəkar və müğənni Elza Seyidcahan Modern.az saytına geniş müsahibə verib.

Qeyd edək ki, Elza xanım mahnıları, ifa tərzi və qeydi-adi geyimlərilə tez-tez müzakirə obyektinə çevrilir. Onu gündəmə gətirən daha bir məsələ yazdığı şeirlərdir. Məhz həmin şeirlərlə qalmaqalların mərkəzinə düşür.

Elza Seyidcahan əməkdaşımızla söhbət əsnasında bir sıra məsələlərə toxunub. Onun bu müsahibəsinin də qalmaqal sala biləcəyi istisna deyil. 

Elza xanımla müsahibədən qıza anonsu təqdim edirik:

"Bəzi yazıçılar mənim şeirlərimi başa düşmür, onun açıqlamasını məndən öyrənmək istəyirlər. Halbuki, həmin yazıçıların özlərinin kitablarını toz basıb. Onların 30-40 kitabları ola bilər, amma oxunaqlı deyil. Bu, eyni zamanda bəstəkarlara da aiddir, yüzlərlə mahnıları, amam var oxunmur. Burada bizim günahımız yoxdur. Biz istərdik ki, onlar da oxunsun, dəstəyimizi də əsirgəmirik.

Mənim “Sapım” şeirimdə bir misra var – “Tüpürcəyim baldır mənim. Alın bunu ağzınıza”. Bu misra arıya şamil edilmişdi, eyni zamanda mənim üçün də kimlərinsə - dahilərimizin, imamlarımızın tüpürcəyi baldır. Hamımız tüpürcək vasitəsi ilə danışırıq. Burada böyük bir fəlsəfə yatır, onların bir damcı ağlı olsaydı, bu fəlsəfəni anlaya bilərdilər.

Bir aparıcı televizyada şeirimin bu hissəsini səsləndirdi. O oğlanı da məhkəməyə vermişəm. Bundan sonra həmin şeiri xislətində çirkablar yatan və yutub kanalında aparıcılıq edən xanım müzakirə etdi. Gör bu nə qədər adamın tüpürcəyini ağzına alıb ki, Elzanın bu misrası onu ora aparıb, amma Elza Seyidcahan elə söz deməyib. Mən insanların hətta o üzünü də açıram. Özümü də buna görə alqışlayıram. Bu şeirlərimdə məni Allah danışdırır. Həmişə Allahın elçiləri olub, indi də məni hansısa qüvvələr danışdırır. O qüvvə mənə deyir ki, tik onların ağızların. Tikdim də... İndi də deyir ki, get onların ağzın aç.

Dua edirəm Allaha, deyirəm yaxşı, sən bunu istəyirsən, amma kənardan baxıram ki, bunlar heç mənim fəlsəfəmi başa düşmür. İngilis, rus mənim şeirimi oxudu, alqışladı, dedi dahiyanədir, amma sən Yazıçılar Birliyinin heç nə etməyən "üzvücüyü" məni anlamadan tənqid etmək istəyirsən. Boş yerdə orada yer tutur, camaatı qızışdırır. Çünki Yazıçılar Birliyinin sədrinin əlindən yanır. Bizim sədr ana bətnindən seçilib. Siz doğurdan da onların tüpürcəyi də ola bilməzsiniz. Çingiz Abdullayev, Anar olmasa, kimlərin yanına gedəcəyik biz?".

Избранный
4
2
modern.az

6Источники