İcra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının yuxarı həddi müəyyənləşib.
APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, icra sənədləri əsasında aparılan qiymətləndirməyə görə xidmət haqqının məbləği 6 000 manatdan artıq olmamalıdır.