Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq.
“APA-Economics” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Gömrük Administrasiyaları Rəhbərlərinin X İclasında Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş Katibi Unberto de Pretto deyib.
O bildirib ki, biz təhlillər apardıq və o qənayətə gəldik ki, Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir:
"Eyni zamanda Orta Dəhliz Çindən Avropaya, oradan da Amerikanın şərq sahillərinə ən qısa yoldur. Ona görə də Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür".