RU

Hücum Zəngəzurdan olacaq - SENSASİON DETALLAR

“İrana hücum üçün bir milyondan çox hərbi qüvvə bu ölkəni mühasirəyə almalıdır. İranı mühasirəyə almaq üçün hansı ölkələrdən istifadə edəcəklər? Quru qoşunları və hərbi texnika Ermənistan ərazisindən keçməlidir”.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə təhlükəsizlik üzrə erməni ekspert Hayk Nahapetyan ABŞ-Ermənistan strateji tərəfdaşlıq sənədinin imzalanması və Amerika qüvvələrinin Ermənistan ərazisinə yerləşdirilməsini şərh edərkən deyib,

Onun sözlərinə görə, hər bir ölkənin İrana qarşı müharibədə hansı mövqe tutacağına qərar verməsinin vaxtı çatıb.

“Paşinyan da qərarını verib və şübhəsiz ki, o və komandası İrana qarşı müharibə üçün Ermənistanın bütün resurslarınndan istifadə edəcək. İran yaxşı silahlanıb, bu ölkə İraq deyil. İranda quru əməliyyat keçirmək və işğal etmək üçün 1 milyon əsgər lazımdır ki, bu da 5-6 ay çəkəcək.

Gələn həftə Ermənistana gələcək ABŞ-ın gömrük və sərhəd mühafizəsi komandası bu prosesin başlanğıcıdır. Paşinyan Sünikin (Zəngəzur-red) qapılarını ilk növbədə hərbi baxımdan açıb. Onun Rusiya qoşunlarını Sünikdən çıxarması təsadüfi deyil. ABŞ-a Pentaqonun Ermənistanda tam olması lazımdır. Paşinyan ordumuzu tamamilə Amerika ordusunun modelinə uyğunlaşdırır. Pentaqonun nümayəndəsi bir ildən artıqdır ki, bizim Müdafiə Nazirliyində oturub”, - o bildirib.

Nahapetyan hesab edir ki, İran təhlükəni gördüyü vaxt həm Ermənistan ərazisinə, həm də hakimiyyət orqanlarına zərbələr endirə bilər.


Избранный
7
9
news24.az

10Источники