RU

Bakı COP-un təşəbbüsləri təqdir olunur- ÖZƏL

Azərbaycanın yükək səviyyədə ev sahibliyi etdiyi COP-29 uğurla başa çatdı. Maraqlıdır, COP-29 çərçivəsində irəli sürülən təşəbbüslərin icra vəziyyəti hansı səviyyədədir? "Olaylar"ın məlumatına görə, Milli Məclisin deputatı Nigar Məmmədova qeyd edib ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülmüşdü: "Bu gün də Bakı COP-un təşəbbüsləri təqdir olunur. Post-COP29 dialoqları çərçivəsində aparılan müzakirələrdə də qeyd olunur ki, COP 29 həqiqətən də iqlim diplomatiyasında dönüş kimi tarixi düşdü.

Bakı COP həm də Qlobal Cənub və Qlobal Şimal arasında olan mövcud olan etimadsızlıq fonunda keçirildi. Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib olmasa da, beynəlxalq təşkilatlardakı fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət körpülər qurmaqda rəsmi Bakıya yardımçı oldu. Ada dövlətlərinin ilk dəfə səsinin bu ali kürsüdən eşidilməsi rəsmi Bakının təqdimatında ədalətin təntənəsi idi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
2
olaylar.az

1Источники