RU

Deputat Soltan Məmmədov Ümumçin Xalq Nümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədr müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Çin Xalq Respublikasına səfər çərçivəsində Ümumçin XalqNümayəndələri Yığıncağı Xarici Əlaqələr Komitəsinin sədri müaviniVanq Kı ilə görüşdük. Görüş çərçivəsində Azərbaycan RespublikasıMilli Məclis rəhbərliyinin salamlarını çatdırdım. Parlamentlərarasıəlaqələrin inkişafı üçün dostluq qruplarının qarşılıqlısəfərlərinin mühüm əhəmiyyəti barədə danışdıq. Cənab Vanq KıÜmumçin Xalq Nümayəndələri Yığıncağının Azərbaycana səfər etməkləbağlı təklifimizi məmnuniyyətlə qəbul etdiyini bildirdi.

Trend xəbərverir ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə KonvensiyasınınTərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsindəAzərbaycan Respublikası Milli Məclisinin BeynəlxalqParlamentlərarası İttifaqla birlikdə təşkil etdiyi parlamentgörüşünün uğurla keçirildiyi vurğulandı. Parlament görüşünün yekunsənədinin müzakirəsində Çin Xalq Respublikasının təmsilçilərininfəal iştirak etdiyi qeyd olundu. Milli Məclis rəhbərliyinintapşırığına uyğun olaraq, Azərbaycan-Çin parlamentlərarası əlaqələrüzrə işçi qrupunun rəhbəri kimi, iki ölkənin qanunverici orqanlarıarasında əməkdaşlığın daha da möhkəmləndirilməsi istiqamətindəçinli həmkarlarımızla birgə işləməyə hazır olduğumuzu diqqətəçatdırdım.

Çin Xalq Siyasi Məşvərət Şurasının Beynəlxalq ƏlaqələrKomitəsinin sədr müavini Lin Songtian ilə görüşdə iki ölkə arasındaəlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. AzərbaycanMilli Məclisinin rəhbərliyinin parlamentlər arasında əməkdaşlığıninkişafına xüsusi önəm verildiyi diqqətə çatdırıldı. Cənab Liniqtidar partiyaların sıx əməkdaşlığının olduğunu vurğuladı. UluÖndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyində və inkişafındamühüm rolunun Çində yüksək qiymətlədirildiyini qeyd etdi.Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətihər zaman dəstəklədiklərini və ölkəmizdə hökm sürən sabitliyinəhəmiyyətini vurğuladı. Çinin Azərbaycanla bütün sahələrdə olduğukimi, parlamentlərarası əlaqələrin inkişafında da maraqlı olduğunubildirdi.

Azərbaycanın Vahid Çin siyasətini hər zaman dəstəklədiyi,işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləməfəaliyyətində Çin Xalq Respublikasının iştirakının mühüm əhəmiyyətəmalik olduğu vurğulandı. COP29 kimi mötəbər tədbiri Azərbaycanınuğurla təşkil etdiyi qeyd olundu. Heydər Əliyev Fondunun Xariciölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası ilə birlikdə həyatakeçirdiyi layihələr haqqında məlumat verildi.

Qeyd edildi ki, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhlizininkişafı kimi mühüm qlobal əhəmiyyətli layihələr çərçivəsindəəməkdaşlıq bir çox sahələrdə strateji maraqların üst-üstə düşdüyünügöstərir. İki ölkə arasında qarşılıqlı etimada əsaslanantərəfdaşlıq münasibətləri mövcuddur. Çin şirkətlərinin yaşılenerjiyə keçid sahəsində Azərbaycanla əlaqələrə xüsusi önəm verdiyibildirildi. Beynəlxalq platformalarda əməkdaşlıq istiqamətindəmüsbət təcrübənin əhəmiyyəti ilə bağlı fikir mübadiləsiaparıldı.

Deputat
Deputat
Deputat
Məqalədə:
Избранный
14
3
az.trend.az

4Источники