RU

Keçən il Azərbaycanda iqtisadi artım 4%-dən çox olub

Ötən il ölkədə 126.3 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4.1 faiz çox ümumi daxili məhsul istehsal olunub.

Valyuta.az rəsmi statistik göstəricilərə istinadən xəbər verir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.3 faiz, qeyri neft-qaz sektorunda isə 6.2 faiz artıb.

ÜDM istehsalının 35.9 faizi sənaye, 10.7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.7 faizi tikinti, 5.7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2.4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1.9 faizi informasiya və rabitə sahələrinin, 19.9 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.8 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 12382.5 manata bərabər olub.

Избранный
1
2
valyuta.az

3Источники