RU

Belarusda güc strukturları yanvarın 20-dən gücləndirilmiş iş rejiminə keçəcək

Belarus Daxili İşlər Nazirliyinin (DİN) daxili işlər orqanları ölkədə prezident seçkilərinin keçirilməsi ilə əlaqədar yanvarın 20-dən gücləndirilmiş iş rejiminə keçəcək.

“Report” yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Belarus DİN-in İctimai Təhlükəsizlik Polisinin Hüquqların Mühafizəsi və Profilaktikası Baş İdarəsinin rəisi Aleksandr Kupçenya mətbuat konfransında bildirib.

"Yanvarın 20-dən daxili işlər orqanlarının şəxsi heyəti və daxili qoşunların hərbi qulluqçuları gücləndirilmiş iş rejiminə keçirilir. Şəxsi heyətin fəaliyyətinin əlaqələndirilməsi, məlumatların toplanması və təhlili üçün bütün səviyyələrdə operativ vəziyyət qərargahlarının fəaliyyəti nəzərdə tutulub", - o qeyd edib.

Xatırladaq ki, Belarusda 2025-ci il yanvarın 26-da prezident seçkiləri keçiriləcək.

“Cebheinfo.az”

Избранный
6
2
cebheinfo.az

3Источники