RU

TDT məlumat mübadiləsi texnologiyalarının hazırlaması üzrə pilot layihə işə salacaq

Bakı, TurkicWorld

Hazırda Türkdilli Dövlətlər Təşkilatı əsas diqqəti məlumat mübadiləsi texnologiyalarının tərtibatı üzrə pilot layihənin gerçəkləşdirilməsinə yönəldib.

TurkicWorld xəbər verir ki, bunu Türkdilli Dövlətlər Təşkilatının baş katibi Kubanıçbek Ömüralıyev TDT gömrük xidməti rəhbərlərinin 10-cu iclasında etdiyi çıxışda bildirib.

"Bütün tərəflər Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması üzrə Sazişin qüvvəyə minməsi üçün tələb olunan daxili hüququ prosedurları tamamlayıblar. Bu saziş 29 noyabr 2024-cü il tarixində qüvvəyə minib. Hazırda biz əsas diqqəti, bu sazişdə nəzərdə tutulan məlumat mübadiləsi texnologiyalarının hazırlanması üzrə pilot layihəsinin gerçəkləşdirilməsinə yönəltmişik. Bizim son görüşdə qəbul olunan qərarların icrası çərçivəsində biz bir neçə ekspert səviyyəsində görüşlər təşkil etmişik və onların gedişində sənədləri razılaşdırmışıq", - deyə o bildirib.

Ömüralıyev qeyd edib ki, həmin sənədlər arasında TIR Konvensiyası əsasında TIR prosedurlarının, o cümlədən, Sadələşdirilmiş Gömrük Dəhlizinin yaradılması üzrə Saziş çərçivəsində informasiya mübadiləsinin texniki şərtlərinin realizəsi üzrə tədbirlər planı və yol xəritəsi yer alır.

Baş katib həmin sənədlərin iclasın sonunda imzalanacağını diqqətə çatdırıb.

Избранный
5
1
turkic.world

2Источники