Türkiyənin İzmir şəhərində bir şəxs uşaqlarının boğazına bıçaq dayayıb və videozənglə boşanmaqda olan arvadına göstərib.
News24.az Medianews.az-a istinadən xəbər verir ki, ona “qəsdən yaralama” və “silahla hədələmə”yə görə 6,5 ilə qədər həbs cəzası tələb edilib.
İzmirdə fikir ayrılığı səbəbindən boşanmağa qərar verən Fatma Alpaslan 2 uşağını əri Şiyar Alpaslanın yanında qoyub Burdura gedib. Şiyar Alpaslan noyabrın 18-də həyat yoldaşı Fatma Alpaslana videozəng edərək, övladları YCA və B.A.-nın boğazına bıçaq dayayıb və hədələyib.
Fatma Alpaslan daha sonra polisə gedərək şikayət edib.
Uşaqlar dövlət himayəsinə götürülərkən, Şiyar Alpaslan aparılan əməliyyatlardan sonra məhkəmə tərəfindən həbs edilib. Müayinədən sonra uşaqlar analarına təhvil verilib.
İttiham aktında təqsirləndirilən şəxsin ifadəsi də yer alıb. Bildirilib ki, müttəhim arvadına əsəbiləşdiyi üçün oğlunun boğazına bıçaq dayayıb, ancaq ona pislik etməyib və videonun köhnə olduğunu deyib.