RU

Anadangəlmə xəstə uşağın pensiyasını kəsdilər: Sahil Babayevə müraciət - VİDEO

Yardımlı rayon sakini, hazırda Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayan Zeynal Hətəmov övladı 2016-cı il təvəllüdlü Yusif Hətəmovun pensiyasının kəsilməsindən şikayətçidir. 

Məsələ ilə bağlı Sitat.info-ya danışan Zeynal Hətəmov dalağı və öd kisəsi əməliyyat edilərək çıxarılan  Yusif Hətəmovun əlillik dərəcəsinin ləğv edilməsindən narahatlığını ifadə edib: "Övladım 2016-cı il təvəllüdür, anadangəlmə xəstədir. Ödündə və dalağında yaranan problemə görə doğulduğu gündən buyana müalicələrdən keçib. 2018-ci ildə komissiyadan keçdik, əlil olması barədə sənəd verdilər. 2018-ci ildən 2021-ci ilə qədər əlllik pensiyası verilib  2021-ci ildə də komissiyadan keçərək 2024-cü ilə qədər əlillik pensiyası almağa davam etmişik.BU müddətdə Yusifin durumu müalicələrlə yaxşılaşmadığına görə, 2022-ci ilin dekabrında əməliyyatla öd kisəsi və dalağı çıxarıldı. 2024-cü il noyabrın 11-də əlillik müddəti bitdiyi üçün oğlum  yenidən komissiyada baxışdan keçib, Forma 88 göndərilib. Noyabrın 15-də məsələyə baxılıb, 22-də imtina verilib. Qaynar xətlə əlaqə saxladıq, sənədlərdə problem olduğunu qeyd ediblər".

Z.Hətəmov deyir ki, sonuncu dəfə ötən ilin dekabr ayının 24-də oğlunun səhhətinə əyani baxış keçirilib və ondan sonra hər hansı məlumat ala bilməyiblər: "Cənab nazirdən xahiş edirəm ki, bizə məsələnin həlli ilə bağlı kömək etsin. Övladım xəstədir, dərmanlarını ala bilmirəm. Çox xəstə və zəif uşaqdır, məktəbə davamlı gedə bilmir. Xahiş edirəm, cənab nazir, bizim səsimizi eşidin, övladımın əlillik pensiyasını bərpa edin". 

Səid,

Sitat.info 

Избранный
4
2
sitat.info

3Источники