RU

Prezident "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqlədi

Prezident İlham Əliyev "Rəqəmsal İnkişaf Konsepsiyası”nı təsdiqləyib.

“Cebheinfo.az” xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.

Fərmana əsasən, Konsepsiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti Nazirlər Kabineti, Rəqəmsal İnkişaf Operatorunun funksiyalarını Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir.

Ali kateqoriya dövlət orqanları, habelə mühafizə olunan şəxslərin, qorunan və strateji obyektlərin təhlükəsizliyini təmin edən dövlət orqanları, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri istisna olmaqla, digər dövlət orqanları (qurumları) tərəfindən dövlət informasiya sistemlərinin və ehtiyatlarının formalaşdırılması və təkmilləşdirilməsi, eləcə də elektron xidmətlərin təşkili və təkmilləşdirilməsi üzrə layihələrin (büdcədənkənar dövlət fondlarının vəsaitləri hesabına həyata keçirilən layihələr istisna olmaqla) maliyyələşdirilməsi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin rəyi (Maliyyə Nazirliyi ilə razılaşdırmaqla) əsasında təmin edilir.

Konsepsiya ilə bu linkdən tanış ola bilərsiniz.

“Cebheinfo.az”

Избранный
2
38
cebheinfo.az

10Источники