RU

"Dedi ki, həkimlər başıma oyun açdılar" - Manaf Çimnazdan DANIŞDI

"Dedi ki, həkimlər başıma oyun açdılar" - Manaf Çimnazdan DANIŞDI

Müğənni Manaf Ağayev ötən gün vəfat edən aktrisa Çimnaz Sultanovanın xəstəliyindən danışıb.

Qlobal.net xəbər verir ki, mediaya açıqlama verən sənətçi aktrisanın xəstəliyindən xəbərdar olduğunu deyib. 

O bildirib ki, Çimnaz bir həftə əvvəl həkimlərdən şikayətlənib:

"3 aya yaxın idi ki, xəstəliyi ağırlaşmışdı. Bir adam zəng vurdu mənə, onu məclis üçün axtarırdılar. Ona zəng etdim, gördüm danışa bilmir. Dedi ki, xəstəyəm, amma heç kimə deməyin. Demişdi əməliyyat olunmuşam, yaxşılığa doğru gedirəm. Bir həftə əvvəl də danışmışdıq, dedi ki, yaxşıyam, xəstəxanadan çıxmışam. Tapşırdı ki, xəstəliyini gizli saxlayım. Dedi ki, həkimlər başıma oyun açdı. Çox soruşub, dərinə getmədim".

Qeyd edək ki, 43 yaşlı Çimnazın dünən ad günündə vəfat edib. Aktrisa uzun müddətdir bağırsaq xərçəngindən əziyyət çəkirmiş. Onun həkim səhvindən dünyasını dəyişdiyi iddia olunub. (Axşam.az)

Избранный
2
7
qlobal.net

8Источники