RU

Prezident təsdiqlədi: Bundan tamamilə imtina olunacaq

Azərbaycanda dövlət idarəetməsi rəqəmsal texnologiyalara əsaslanan daha çevik, şəffaf proseslərlə təmin ediləcək, kağız daşıyıcılardan tamamilə imtina olunaraq “rəqəmsal hökumət”ə keçid baş verəcək, böyükhəcmli məlumatların təhlili, süni intellekt və bulud texnologiyaları kimi innovasiyalar tətbiq olunacaq.

Publika.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Rəqəmsal İnkişaf Konsepsiyası”nda öz əksini tapıb.

Sənəddə deyilir ki, Konsepsiya rəqəmsal texnologiyaların tətbiqi yolu ilə dövlət idarəetməsinin təkmilləşdirilməsini, iqtisadi inkişafın sürətləndirilməsini, vətəndaşların həyat keyfiyyətinin artırılmasını hədəfləyir. Sənəd rəqəmsal hökumət, rəqəmsal iqtisadiyyat və rəqəmsal cəmiyyət prinsipləri əsasında hazırlanıb. Məqsəd ölkə vətəndaşlarının rifahını yüksəltmək, dövlət xidmətlərini modernləşdirmək və iqtisadiyyatın rəqəmsal transformasiyasını sürətləndirməkdir. Konsepsiyada rəqəmsal iqtisadiyyatın inkişafı üçün İKT infrastrukturunun təkmilləşdirilməsi, biznes və startap ekosistemlərinin gücləndirilməsi nəzərdə tutulur. Həmçinin, rəqəmsal texnologiyaların, xüsusən süni intellekt və blokçeyn kimi innovasiyaların tətbiqi əsas məqsədlərdən biri olaraq müəyyən edilib.

Rəqəmsal cəmiyyət üçün rəqəmsal savadlılıq artırılacaq, kibertəhlükəsizlik təmin ediləcək. İKT üzrə mütəxəssislərin hazırlanması, tədris proqramlarının
müasirləşdirilməsi və İKT üzrə işçilərin əməkhaqqı səviyyəsinin artırılması prioritet məsələlərdir.

Biznes prosesləri rəqəmsal platformalara keçid edəcək, dövlət-özəl tərəfdaşlığı genişləndiriləcək, IV Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə iqtisadiyyatın müxtəlif sektorları rəqəmsallaşdırılacaq, startapların və innovativ ekosistemin inkişafına dəstək göstəriləcək.

Избранный
1
27
publika.az

10Источники