RU

İsrail HƏMAS-ı razılaşmanı pozmaqda ittiham edib

İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi Fələstinin HƏMAS hərəkatını sazişin vasitəçilərlə razılaşdırılmış bir sıra bəndlərindən imtina etməkdə günahlandırıb.

“Far.Az” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ofisin mətbuat xidməti məlumat yayıb.

"HƏMAS son anda böhran yaradaraq razılaşmalardan imtina edir", - məlumatda deyilir.

HƏMAS isə Qəzza zolağında atəşkəs razılaşmasına sadiq olduğunu bəyan edib.

Dəftərxanadan həmçinin qeyd edilib ki, HƏMAS razılaşmanın bütün şərtlərini təsdiq etməyənə qədər İsrail Qəzza zolağına dair sazişlə bağlı Nazirlər Kabinetinin iclasının tarixini təyin etməyəcək.

Hərəkatın Siyasi Bürosunun üzvü İzzət əl-Rişk isə bildirib ki, HƏMAS vasitəçilərin elan etdiyi atəşkəs razılaşmasına sadiqdir.

Yanvarın 15-də məlum olub ki, İsrail və HƏMAS Qətərin paytaxtında atəşkəs və girov mübadiləsi haqqında saziş imzalayıb. Münaqişə tərəfləri Qətər, Misir və ABŞ-nin vasitəçiliyi ilə 42 günlük atəşkəs barədə razılığa gəliblər.

Sazişin birinci mərhələsi təxminən min fələstinli məhbus qarşılığında 33 israilli girovun azad edilməsini nəzərdə tutur. İsrail qoşunları Qəzza zolağının sərhədlərinə çəkilməli olsa da, hələlik onun hüdudlarında qalacaq.

Atəşkəsin ilk günündən etibarən humanitar yardımın gündəlik həcmi 50 yanacaq maşını da daxil olmaqla 600 yük maşınına çatdırılacaq. Fələstinlilər 200 min çadır və 60 min mobil evlə təmin olunacaqlar.

Избранный
4
50
far.az

10Источники