Rafael Ağayev Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsindən istefa verəcək.
Apasport.az xəbər verir ki, bu barədə o, "APA TV"yə açıqlamasında məlumat verib:
"Dünən ərizəmi yazmışam. Federasiyaya bu gün təqdim edəcəm. Bu o demək deyil ki mən kimdənsə üz döndərirəm. Ümmiyyətlə kin saxlayan insan deyiləm. Amma heç nəyi unutmuram. Özüm də qərara gəldim ki, federasiyadan ayrılım. Gələcəkdə necə olacağını bilmirəm".
Xatırladaq ki, Rafael Ağayev keçən ilin fevralında Azərbaycan Karate Federasiyasının WKF üzrə vitse-prezidenti vəzifəsinə təyin olunub.
Karateçilərimizdən 2 medal
Karateçilərimizdən iki medal
Azərbaycan çempionatının tarixi bəlli oldu
Azərbaycan karateçiləri Avropa kubokunda
Karateçimizdən gümüş medal