RU

Politico: Almaniya kansleri Şolts, Kiyevi dəstəklədiyi üçün seçkilərdə məğlub olmaq riski ilə üzləşib

Politico:

Almaniya Federal Kansleri Olaf Şolts, Ukraynanı dəstəklədiyi üçün Almaniyada keçiriləcək seçkiləri uduzmaq riski ilə qarşı-qarşıyadır. Bu barədə Politico xəbər verib.Nəşrdə bildirilir ki, kanslerin Ukraynaya 3 milyard avro həcmində hərbi yardım paketini təsdiqləmək qərarı siyasi təzyiqə səbəb olub.Almaniyanın Sosial-Demokrat Partiyası (SPD) Şoltsun rəhbərlik etdiyi partiya, Xristian-Demokrat Partiyası və Xristian-Sosial İttifaqı ilə müqayisədə səsin yarısından azını toplayıb və sağçı “Almaniya Üçün Alternativ” partiyasından geri qalır.14 yanvarda Bundestagın müxalifət Xristian-Demokrat İttifaqı (CDU) deputatı Yohann Vadeful, Şoltsu Ukraynaya 3 milyard avro yardımın bloklanmasına görə tənqid edib.Keçən həftə Spiegel jurnalında yayımlanan məlumata görə, Şolts, büdcə komitəsində müzakirəyə çıxarılmaq üçün hazırlanan Ukraynaya əlavə 3 milyard avro hərbi yardım paketini dəstəkləməkdən imtina edib. Nəşrin məlumatına görə, Müdafiə naziri Boris Pistorius və Xarici İşlər naziri Annalena Berbock, 23 fevralda keçiriləcək Bundestag seçkilərindən əvvəl bu yardımı təsdiqləməyə çalışırdılar. Hazırlanan silah siyahısına üç IRIS-T hava hücumundan müdafiə sistemi, Patriot raketləri, 10 haubitsa və sursat daxil idi.Səidə Mustafa

Diqqət Çəkənlər

«20 milyon insan»: Rada deputatı Zelenskinin planını açıqlayıb

Bayden, vida müraciətində Tramp administrasiyasına uğurlar arzuladığını bildirib

Bakıda Türkdilli Dövlətlər Təşkilatının toplantısı keçirilir

Избранный
2
ulusum.az

1Источники