RU

“Şahdəniz”in REKORDu…

AR Energetika nazirliyinin hesabatına əsasən, 2024-cü ildə “Şah-dəniz” yatağından 27,8 mlrd m3 təbii qaz hasil edilib.

Bu, bilirsinizmi nə deməkdir?

Şahdənizin İkinci Mərhələsi üzrə hasilat başlayanda (2018-ci ilin yayı) proqnoz edilirdi ki, ümumilikdə yatağın ən məhduldar dövründə 16 mlrd m3 qaz çıxartmaq mümkün olacaq. Artıq 2023-cü ildə hasilat 16 mlrd m3 həddini aşa bildi, ötən il isə proqnoz göstəricilrini xeyli arxada qoydu.

Bunlar yatağın 6800-7100 metr dərinlikdə yerləşən məhsuldar laylarının nə qədər enerjili (tutumlu) olmasından xəbər verir.

Təbii ki, bu cür ürək açan göstərivilrin əldə edilməsində “Bravo” platformasının (supermarketlə qarıdırmayın) böyük rolu var. Amma üçayaqlı (istinad dirəkli) “Alfa” platformasını da yaddan çıxartmamalıyıq - 2006-cı ilin dekabrından indiyə qədər onun sayəsində 175 mlrd m3-a yaxın qaz hasil edilib (“Şahdəniz” yatağında indiyə qədər hasil edilən qazın təqribən 75%-i) və 9 ildir ki, “Alfa” platformasında illik hasilat 10 mlrd m3-göstəricisindən yuxarıdır.

İlham Şaban

visiontv.az



Избранный
3
visiontv.az

1Источники