RU

İspaniyada qripə yoluxanların sayı kəskin artıb

İspaniyada bu ilin əvvəlindən qripə yoluxanların sayı kəskin artıb.


E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, səhiyyə sektoru işçilərinin bağlı olduğu həmkarlar ittifaqı İspaniyanın 17 muxtar administrasiyasından 12-də qrip epidemiyası səbəbindən xəstəxanalarda sıxlığın kəskin artdığını söyləyib.


İşçi heyəti çarpayı çatışmazlığından şikayətləniblər.

Madrid, Kataloniya və Valensiya bölgələri başda olmaqla bir çox xəstəxanalarda xəstələrin bəzilərisıxlığa görə dəhlizlərə yerləşdirilən çarpayılarda müalicə edilir.

Təcili yardım şöbələrində gözləmə müddəti 65 saata qədər artıb.

Səhiyyə Nazirliyi rəsmiləri qripə qarşı peyvənd olunanların sayında əvvəlki illərlə müqayisədə təxminən 50 faiz azalma olduğunu vurğulayıb.

Bu qripə yoluxma hallarının artmasına təsir edən mühüm amillərdən biri hesab edilir.

Bəzi xəstəxanalarda tibbi maska taxmaq tələb edilir.

Şəbnəm Mehdizadə
Избранный
5
e-huquq.az

1Источники