RU

Fransa millisinin forvardı İtaliya nəhəngində - SON DURUM

PSJ klubunun və Fransa millisinin hücumçusu Randal Kolo-Muani karyerasını İtaliyada davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano yayıb.
 
Mənbənin məlumatına görə, 26 yaşlı futbolçu tezliklə "Yuventus"a keçəcək. Forvard artıq Turindədir. Klublar bütün sənədləri imzalayıblar. Tərəflərin transferi bu gün, yanvarın 16-da rəsmən açıqlaması gözlənilir.

Kolo-Muani bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 14 matça çıxaraq 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Mirağa

Избранный
5
fanat.az

1Источники