RU

Azərbaycanda vətəndaşın şəxsiyyətini eyniləşdirən rəqəmsal vasitə tətbiq ediləcək

Bakı. Trend:

“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”nınhəyata keçirilməsi üzrə Tədbirlər Planı açıqlanıb.

Trend xəbərverir ki, bu, Prezident İlham Əliyev tərəfindən təsdiqlənən“Azərbaycan Respublikasında Rəqəmsal İnkişaf Konsepsiyası”ndaəksini tapıb.

Sənədə əsasən, istiqamətlərdən biri də rəqəmsal inkişafıntətbiqinin genişləndirilməsidir.

Belə ki, “Rəqəmsal ID” - vətəndaşın şəxsiyyətini eyniləşdirənrəqəmsal vasitənin tətbiqi həyata keçiriləcək.

Prosesdə əsas icraçı orqan Rəqəmsal İnkişaf və NəqliyyatNazirliyi, digər icraçı orqan kimi aidiyyəti qurumlar təyin edilib.Tədbirin icra müddəti 2025–2027-ci illəri əhatə edəcək.

“Rəqəmsal ID”nin tətbiqindən ilkin nəticə müvafiq hüquqinormativ bazanın təkmilləşdirilməsi, aralıq nəticə “Rəqəmsal ID”həllində şəxsiyyəti eyniləşdirən sənəd növlərinin müəyyən edilməsi,yekun nəticə isə vətəndaşlar üçün şəxsiyyəti eyniləşdirənsənədlərin “Rəqəmsal ID” həllində təqdim edilməsidir.

Избранный
3
2
az.trend.az

3Источники