RU

Bəzi ərazilərdən heyvan və quş əti idxalına məhdudiyyət qoyulub

Almaniya Federativ Respublikasının Brandenburq vilayətində və İsrail Dövlətinin Mərkəz dairəsində dabaq, Şotlandiyanın Anqus inzibati ərazi vahidində və Nigeriya Federativ Respublikasının Kano ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Bu barədə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) rəsmi məlumatlar daxil olub. 

Bu barədə  AQTA-dan məlumat verilib. 

Bildirilir ki, daxil olan həmin məlumatlar əsasında AQTA tərəfindən adları qeyd olunan ərazilərdən iri və xırdabuynuzlu heyvanların, diri quş və inkubasiya yumurtalarının, quş ətinin və quş emalı məhsullarının ölkəmizə idxalına müvəqqəti məhdudiyyət qoyulub. 

Məqsəd qeyd olunan ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorumaqdır.

Eyni zamanda müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Избранный
3
22
oxu24.com

10Источники