RU

Politico: Trampın Qrenlandiyaya marağı neft ehtiyatları ilə bağlı ola bilər

Politico: Trampın Qrenlandiyaya marağı neft ehtiyatları ilə bağlı ola bilər

Donald Trampın Qrenlandiyanı Birləşmiş Ştatların tərkibinə daxil etmək cəhdi onun adanın zəngin neft və qaz ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlı ola bilər. AFN.az xəbər verir ki, belə bir analizlə “Politico” nəşri çıxış edib.Nəşrin yazdığına görə, Danimarka ərazisi olan və geniş muxtariyyət hüquqlarına malik olan Qrenlandiyada neft və qaz yataqlarının istismarı Amerikanın mədən şirkətləri üçün böyük biznesə çevrilə bilər. Adanın neft ehtiyatları, ilkin hesablamalara görə, təxminən 31,4 milyon barel neft ekvivalenti, təbii qaz ehtiyatları isə 4,2 trilyon kubmetr təşkil edir. Onların potensial hasilatı ciddi investisiyalar tələb edir, lakin biznesin gəlirliliyi kifayət qədər yüksək proqnozlaşdırılır."Politico" xatırladır ki, 2021-ci ildən bəri Qrenlandiyada karbohidrogen hasilatına moratorium, Arktikanın kövrək ekologiyası üçün yüksək risklər səbəbindən qüvvədədir. Bununla əlaqədar, nəşr adada mədən işlərinin başlanmasının yerli fauna və flora üçün son dərəcə mənfi nəticələrlə dolu olduğuna inanan ekoloqların fikrinə istinad edərək qeyd edib ki, bunun aradan qaldırılması üçün onilliklər və hətta əsrlər lazım ola bilər.

Избранный
2
1
afn.az

2Источники