“İnter”in baş məşqçisi Simone İnzaqi İtaliya A Seriyasının 19-cu turunun “Bolonya” ilə ev oyunundakı 2:2 hesablı heç-heçəni şərh edib.
Arena.az DAZN şəbəkəsinə istinadən, italyan mütəxəssisin bu barədə fikrini təqdim edir:
“Mən “Bolonya”nı təbrik edirəm. Bu gün bizim üçün asan olmadı. Biz əla oyun oynadıq, mübarizə apardıq, fürsətlər yaratdıq. Bizə qarşı ikinci qolla bağlı məqamda daha yaxşı oynaya bilərdik, amma ondan sonra üçüncü qolu da vura biləcəyimiz məqamlar çox oldu.
Məyus olmaq təbiidir, çünki qalib gəlmək üçün imkanlarımız vardı. Amma biz fiziki cəhətdən hazırlıqlı, işi başa çatdıra bilən komandaya qarşı idik”, deyə Simone İnzaqi vurğulayıb.
Cari mövsümdə keçirdiyi 19 oyunda 44 xal toplamş “İnter” İtaliya A Seriyasının yarış cədvəlində 2-ci pillədə qərarlaşıb. “Bolonya” isə 30 xalla 8-ci pillədədir.
İtaliya A Seriyasına 21 oyunda 47 xal toplamış “Napoli” başçılıq edir.