RU

Britaniyanın baş naziri Kiyevə gəlib

Böyük Britaniyanın baş naziri Keir Starmer Ukraynaya səfər edib.

Modern.az xəbər verir ki, “The Guardian”ın məlumatına görə, Kiyev və London müdafiə sektorunda əlaqələrin dərinləşdirilməsinə yönəlmiş “yüz illik tərəfdaşlıq” haqqında saziş imzalayacaqlar.

Sənəddə elm, ticarət və iqtisadiyyat sahələrində də əməkdaşlıq nəzərdə tutulub.

Keir Starmer və Vladimir Zelenskinin Ukrayna üçün mümkün təhlükəsizlik təminatlarını, o cümlədən Rusiya ilə atəşkəs əldə edildikdən sonra Britaniya sülhməramlılarının yerləşdirilməsi imkanlarını da müzakirə edəcəyi gözlənilir.

Bu səfər Böyük Britaniyanın baş naziri kimi Starmerin Ukraynaya ilk səfəridir. O, bundan əvvəl 2023-cü ilin iyulunda müxalifət lideri kimi Kiyevə səfər edib, həmçinin Londonda danışıqlar zamanı Vladimir Zelenski ilə iki dəfə görüşüb.

Избранный
1
1
modern.az

2Источники