RU

Kiyev və London 100 illik saziş imzalayacaqlar

AzVision.az xəbər verir ki, Böyük Britaniya hökumətinin saytında dərc olunan məlumatdamüqavilənin “Baltik, Qara və Azov dənizlərinin təhlükəsizliyini gücləndirməklə” dəniz təhlükəsizliyi sahəsində hərbi əməkdaşlığı dərinləşdirəcəyi və Rusiyanı çəkindirəcəyi bildirilir.

“İki ölkə arasında tərəfdaşlıq sazişi hərbi və qeyri-hərbi sahədə əlaqələri genişləndirmək və dərinləşdirmək məqsədi daşıyır. London və Kiyev “həmişəkindən daha da yaxınlaşıblar və bu tərəfdaşlıq dostluğumuzu yeni səviyyəyə qaldıracaq”, - Böyük Britaniyanın baş naziri Kir Starmer vurğulayıb.

“Guardian” və “Financial Times” qəzetləri daha əvvəl Kir Starmerin Kiyevdə Ukraynaya gələcək hərbi dəstəyi, o cümlədən Böyük Britaniyanın sülhməramlı missiyada iştirak imkanlarını müzakirə edəcəyinin gözlənildiyini yazmışdılar. Səfər çərçivəsində o, həmçinin Ukrayna iqtisadiyyatının bərpası üçün 40 milyon funt sterlinq ayrılacağını da açıqlamaq niyyətindədir.

Ukrayna Silahlı Qüvvələrinin keçmiş Ali Baş Komandanı, hazırda Böyük Britaniyadakı səfir Valeriy Zalujnı, öz növbəsində, Kir Starmerin Kiyevə səfərini alqışlayıb.

- Britaniya tərəfi bu çətin anlarda bizə fəal şəkildə kömək edir. Kiyevdə keçiriləcək danışıqlarda Ukrayna və Böyük Britaniyanın ali rəhbərliyi ilk növbədə təhlükəsizlik sahəsində gələcək əməkdaşlığı müzakirə edəcək. Amma ən mühüm gözlənti ölkələrimiz arasında müdafiədən tutmuş elm və mədəniyyətə qədər bir sıra sahələri əhatə edəcək 100 illik tərəfdaşlığa dair mühüm Sazişin imzalanmasıdır”, - Valeri Zalujnıy öz telegram-kanalında yazıb.

Sahil İsgəndərov
AzVision.az
Избранный
4
1
azvision.az

2Источники