RU

THY təyyarələri İran və İsrail vətəndaşlarını Suriyaya aparmayacaq

Yazını böyüt
Yazını kiçilt

Yanvarın 23-ü Dəməşqə ilk uçuşunu təşkil edəcək Türk Hava Yolları (THY) rəsmi internet saytında sərnişinləri üçün xüsusi səyahət məlumatları dərc edib.

Hafta.az-ın yazdığına görə, Suriya Ərəb Respublikası səlahiyyətliləri tərəfindən Suriyaya gedən sərnişinlər üçün bir sıra qərarlar qəbul edilib. Qərara əsasən, İsrail və İran vətəndaşları istisna olmaqla, bütün ölkələrin vətəndaşları ölkəyə daxil ola biləcək. Suriya vətəndaşları şəxsiyyətini təsdiq edən sənəd təqdim etməlidirlər.

Livan vətəndaşları, valideynləri Suriya vətəndaşı olduqda, başqa ölkədə yaşamaq icazəsi və ya vizası olduqda ölkəyə daxil ola biləcəklər.

Mətbuat mənsublarına isə xüsusi icazə veriləcək.

Избранный
5
hafta.az

1Источники