Akif Marifli Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə yeni rəhbər təyin edilib.
Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki, bu barədə Özbəkistanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, o bu təyinata qədər Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri vəzifəsində çalışıb.
Qeyd edək ki, A.Marifli Bakı Dövlət Universitetində tarix ixtisası üzrə bakalavr, Türk dünyası tarixi ixtisası üzrə magistr təhsili alıb.
AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun doktoranturasında təhsilini davam etdirib. Tarix üzrə fəlsəfə doktorudur. Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının elmlər doktoru proqramı üzrə doktoranturasını bitirib