Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Gürcüstanın hökumət administrasiyası məlumat yayıb.
Məlumata görə, səfər çərçivəsində Bakıda Gürcüstan və Azərbaycan Respublikasının baş nazirlərinin rəhbərliyi ilə Gürcüstan-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Komissiyanın iclasında iki ölkənin hökumət üzvləri iştirak edəcək.